“Barsa”nın üzvü zədələndi
02.03.2025 - 20:58

“Barselona”nın müdafiəçisi Andreas Kristensen zədələnib.
Apasport.az “Marca”ya istinadən xəbər verir ki, danimarkalı futbolçu məşq zamanı sıradan çıxıb.
Onun sağ ayağının bud əzələsi dartılıb.
Kristensen 4 həftə meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, müdafiəçi bir həftə əvvəl uzunmüddətli zədədən qayıtmışdı.
Qeyd edək ki, 28 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsi 2026-da başa çatacaq.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0