
Premyer Liqa təmsilçilərindən "Bornmut"un mərkəz müdafiəçisi Din Hasen Avropa nəhənginin radarına düşüb.
Apasport.az "Barca Universal"a istinadla xəbər verir ki, "Barselona" Haseni izləyir.
Kataloniya klubu Niderland əsilli ispaniyalını heyətinə cəlb etməyi planlaşdırır.
Daha əvvəl "Real Madrid"in də 19 yaşlı futbolçu ilə maraqlandığı iddia edilirdi.
Din Hasen cari İngiltərə çempionatında "Bornmut"un heyətində 16 oyunda 2 qol vurub. O, ötən yay “Yuventus”dan 15,2 milyon avro qarşılığında "Bornmut"a keçmişdi.
Mərkəz müdafiəçisinin hazırkı dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
- "Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb