“Barselona”da ciddi itki
17.03.2025 - 19:53
“Barselona”da ciddi itki

"Barselona"nın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Mark Kasado zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, La Liqanın XXVIII turunun "Atletiko" ilə matçından dizindən xəsarət alıb.

21 yaşlı dayaq yarımmüdafiəçisi ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir.