“Barselona” rəhbərliyi futbolçuların maaşını yenə azaltmaq istəyir.
Apasport.az saytının məlumatına görə, kataloniyalılar bununla bağlı danışıqlara başlayıb.
Hazırda İspaniya təmsilçisində maaş büdcəsi 610 milyon avrodur. Rəhbərlik bu məbləği 420-450 milyon avroya endirməyi planlaşdırır. Klub hesab edir ki, bu rəqəm kluba rəqabətdə qalmağa imkan verəcək və mövsümün sonunda Lionel Messinin dönüşünə kömək olacaq.
Jordi Alba, Serxio Buskets və Jerar Pike kimi bir neçə yüksək ödənişli oyunçunun gələn yay komandanı tərk etməsi gözlənilir ki, bu da maaş büdcəsinin kəskin azalmasına şərait yaradacaq.
Klubun vitse-prezidenti Eduard Romeu isə hazırda PSJ-də çıxış edən Messi ilə mövsümün sonunda müqavilə imzalamaq iqtidarında olduqlarını söyləyib: “Leonun azad agent kimi qayıtması maddi cəhətdən mümkündür. Amma bu qərarı məşqçilər korpusu verməlidir”.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı