"Barselona"nın iki futbolçusu İspaniya yığmasından kənarlaşdırılıb
17.03.2025 - 09:58
"Barselona"nın iki futbolçusu İspaniya yığmasından kənarlaşdırılıb

"Barselona"nın 2 futbolçusu İspaniya millisinin Millətlər Liqası heyətindən çıxarılıb. 

Apasport.az xəbər verir ki, söhbət İniqo Martinez və Mark Kasadodan gedir.

Hər iki futbolçu La Liqanın XXVIII həftəsində “Atletiko Madrid”lə oyunda (4:2) zədələnib.

Qeyd edək ki, İspaniya millisi Millətlər Liqasının 1/4 final mərhələsində Niderlandla qarşılaşacaq. İlk oyun martın 20-də, cavab qarşılaşması isə üç gün sonra baş tutacaq.