“Barselona”nın qapıçısı “Napoli”yə keçir
26.07.2022 - 23:29
“Barselona”nın qapıçısı Neto karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı qolkiper “Napoli”yə keçməyə yaxındır.
İspaniya nəhəngi Neto ilə müqaviləyə xitam vermək niyyətindədir. Bundan yararlanacaq neapollular onu azad agent kimi sıralarına qatmağı planlaşdırır. İtaliya klubu yeni futbolçusu ilə 2 illik anlaşma imzalamaq fikrindədir.
Qeyd edək ki, Neto “Barselona”ya 2019-cu ildə “Valensiya”dan 26 milyon avroya keçib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0