"Barselona"nın Şesni planı
07.03.2025 - 12:14
"Barselona"nın Şesni planı

"Barselona"nın qapıçısı Voyçex Şesni gələcək karyerası ilə bağlı qərar verib.

"Barselona"nın qapıçı mövqeyində dəyişiklik olacaqmı?

Apasport.az "Marca" nəşrinə istinadla xəbər verir ki, polyak qolkiper klubu ilə müqavilə müddətini uzadacaq. 

Şesni müqavilə müddətini uzadacaqmı?

Məlumata görə, kataloniyalılar Şesni ilə 2026-cı ilin yayına kimi yeni sözləşmə imzalayacaq. 

Şesni ötən ilin oktyabr ayından "Barselona"da çıxış edir. 34 yaşlı futbolçu bu mövsüm "Barsa"nın heyətində bütün turnirlərdə 14 oyun keçirib, 13 qol buraxıb və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.