Baş məşqçi oyun zamanı huşunu itirib
03.05.2025 - 15:21
Baş məşqçi oyun zamanı huşunu itirib

"Torino"nun baş məşqçisi Paolo Vanoli "Venesiya" ilə oyun zamanı huşunu itirib.

Apasport.az xəbər verir ki, hadisə rəqibin qapısına penalti təyin edildikdən sonra baş verib.

Vanoli görüşün 77-ci dəqiqəsində qəfil yerə yıxılıb. Bir neçə saniyə sonra mütəxəssis məşqçilər korpusunun üzvlərinin köməyi ilə ayağa qalxıb.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.