“Bavariya”da koronavirus
10.10.2022 - 15:42
“Bavariya”nın futbolçusu Camal Musiala koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
19 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib. O, öz evində təcrid olunub.
Musiala Çempionlar Liqasının “Viktoriya” ilə matçını buraxacaq. Onun həftəsonu Bundesliqada “Frayburq”la qarşılaşmaya qədər sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, Camal cari mövsüm Bundesliqanın 8 oyununda 5 qol vurub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0