“Bayer” isveçrəli qolkiperlə güclənib - Rəsmi
27.01.2026 - 13:38
Leverkuzen “Bayer”i qapı xəttini möhkəmlətmək üçün Münhenqladbax “Borussiya”sının isveçrəli qolkiperi Jonas Omlinlə razılığa gəlib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı qapıçı mövsümün sonuna qədər icarə əsasında “Bayer”də çıxış edəcək. O, cari mövsümdə hələ meydana çıxmayıb. Omlin “Borussiya”nın heyətində 2023-cü ildən bəri ümumilikdə 36 oyunda iştirak edib və 63 qol buraxıb.
“Bayer” hazırda 18 turdan sonra 32 xal toplayaraq, Bundesliqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
0
0