“Bayer”dən növbəti seriya
02.03.2025 - 10:22
“Bayer”dən növbəti seriya

"Bayer" növbəti dəfə uğurlu seriyaya imza atıb.

Apasport.az xəbər verir ki, komanda dünən Bundesliqada "Ayntraxt"la qarşılaşıb.

Leverkuzenlilər 4:1 hesablı qələbəyə sevinib.

Almaniya təmsilçisi bununla da, məğlubiyyətsiz oyunlar seriyasını 22 matça çatdırıb.

Qeyd edək ki, "Bayer" turnir cədvəlində 53 xalla 2-ci pillədə qərarlaşıb.