Belottinin yeni klubu müəyyənləşdi
02.08.2022 - 13:15
“Roma” heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu Andrea Belotti ilə anlaşıb.
28 yaşlı hücumçu paytaxt təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb. İlkin anlaşmaya əsasən, İtaliya millisinin üzvü bonuslar istisna olmaqla ildə 2,8 milyon avro maaş alacaq. Baş məşqçi Joze Mourinyo onu telefonla danışaraq keçidə razı salıb.
Qeyd edək ki, ötən mövsümü “Torino”da keçirən Andrea Belotti yayda klubdan ayrıldığı üçün azad agent statusuna yiyələnib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0