“Beşiktaş”da yeni 10 nömrə planı: İtaliano razılıq verdi
08.06.2026 - 10:15
“Beşiktaş”da yeni 10 nömrə planı: İtaliano razılıq verdi

“Beşiktaş”da yeni 10 nömrə planı: İtalyano razılıq verdi

“Beşiktaş” transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Çexiyanın “Slovan Liberec” klubunda çıxış edən Ermin Mahmiçi siyahısına daxil edib.

Məlumata görə, 21 yaşlı futbolçu klubun futbol direktoru Önder Özen tərəfindən baş məşqçi Vinçenzo İtalianoya təklif olunub. İtalyan mütəxəssisin 10 nömrə mövqeyində çıxış edən Mahmiçin transferinə müsbət yanaşdığı bildirilir.

“Beşiktaş”ın yaxın günlərdə bosniyalı oyunçu ilə bağlı klubuyla danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, Mahmiç 2025/2026 mövsümündə “Slovan Liberec”in heyətində Çexiya çempionatında 7 qol vurub və 3 məhsuldar ötürmə edib.