“Beşiktaş”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU
12.01.2026 - 23:12
“Beşiktaş”da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, mövsümün əvvəlində “Benfika”dan icarə əsasında heyətə cəlb edilən David Yuraşek komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Çexiyalı sol cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
25 yaşlı futbolçunun yeni klubu da müəyyənləşib. O, “Slavia Praqa”ya transfer olunub. “Benfika” isə oyunçunun satışından 3 milyon avro qazanc əldə edib.
Qeyd edək ki, David Yuraşek “Beşiktaş”ın heyətində çıxış etdiyi 17 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
0
0