“Beşiktaş”ın yarımmüdafiəçisi Demir Ege Tıknaz karyerasını Portuqaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, türkiyəli futbolçu “Braqa”ya transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 7 milyon avro ödəyib. Bundan əlavə, “Beşiktaş” futbolçunun gələcək satışından 20 faiz pay əldə edəcək.
Demir Ege Portuqaliya klubu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, Türkiyə U-21 millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində iştirak etdiyi 17 rəsmi oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.