"Beşiktaş"ın yeni transfer hədəfi - Bundesliqadan
08.03.2025 - 15:21
"Beşiktaş"ın yeni transfer hədəfi - Bundesliqadan

"Beşiktaş" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, istanbullular Tiaqo Tomasla yaxından maraqlanır.

Klub "Volfsburq"un hücumçusunu rənglərinə bağlamaq üçün işlərə başlayıb. Yaxın günlərdə rəsmi danışıqlara start veriləcəyi gözlənilir.

Futbolçunun keçidə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, "Volfsburq" Tiaqo Toması 2023-cü ilin yayında "Sportinq"dən transfer edib.