“Beşiktaş”ın yetirməsi Portuqaliya klubunda
21.01.2026 - 17:36
“Beşiktaş”ın yetirməsi Portuqaliya klubunda

Türkiyənin "Beşiktaş" komandasının futbolçusu Demir Ege Tıknaz Portuqaliya təmsilçisi "Braqa"ya keçib.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər yekun müqavilə ilə bağlı danışıqlar aparırlar.

“Braqa” 21 yaşlı yarımmüdafiəçi ilə 5,5 illik müqavilə imzalayacaq.

Demir Ege Tıknaz “Beşiktaş”ın yetirməsidir.