"Borussiya"nın sabiq qapıçısı karyerasını bitirəcək
24.04.2026 - 11:51
"Bazel"in qapıçısı Marvin Hitz karyerasını başa vuracaq.
Apasport.az xəbər verir ki, qolkiper cari mövsümün sonunda futbolçu həyatını sonlandıracaq.
O, peşəkar karyerasında sonuncu oyununu mayın 17-də səfərdə "Luqano"ya qarşı keçirəcək.
Hitz daha öncə "Borussiya"nın formasını geyinib. Qapıçı 2022-ci ilin yayında Dortmund klubundan "Bazel"ə transfer olunub.
O, həmçinin "Volfsburq" və "Auqsburq" klublarında da çıxış edib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0