Braziliya millisinin üzvü IV Liqa klubunda - RƏSMİ
17.01.2026 - 14:55
Braziliya millisinin üzvü IV Liqa klubunda - RƏSMİ

Braziliya millisi və “Yuventus”un sabiq üzvü Duqlas Kostanın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu yenidən İtaliyada çıxış edəcək.

Vinger Seriya D təmsilçisi “Kyevo” ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, braziliyalı futbolçu mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Duqlas Kostanın son klubu Avstraliya təmsilçisi “Sidney” olub.