Braziliyadan üç təklif
24.09.2022 - 13:14
“Bayer”in futbolçusu Çarles Aranqis karyerasını Braziliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi A seriyasından təklif alıb.
Üç klub 33 yaşlı çililini heyətində görmək istəyir. “Atletiko Mineyro”, “Korintians” və “Palmeyras” danışıqlara start verib. Onlar Aranqisi azad agent kimi heyətinə qatmağa hazırlaşır.
Qeyd edək ki, yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0