Braziliyalı hücumçu “Əl-Əhli”də
05.01.2026 - 19:27
Braziliyalı hücumçu “Əl-Əhli”də

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli" heyətini yeni hücumçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda braziliyalı Rikardo Matias da Silvanın keçidini rəsmiləşdirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı forvardla 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu buna qədər vətənində “İnternasional”ın şərəfini qoruyub.