Braziliyalılar onu baş məşqçi görür
10.12.2022 - 16:52
DÇ-2022-dəki uğursuzluq səbəbindən Tite ilə yollarını ayıran Braziliya millisinin baş məşqçisi postuna namizədlər bəlli olub.
Apasport.az saytının məlumatına görə, bununla bağlı braziliyalılar arasında səsvermə keçirilib.
Cənubi amerikalılar bu vəzifədə “Palmeyras”ın baş məşqçisi Abel Ferreyranı görmək istəyir. O, sorğuda səslərin 32,8 faizini toplayıb.
“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola ikinci olub – 31,42 faiz. Jorje Jezus (8,38) üçüncü, Dorival Junior (5,72) dördüncü, Fernando Diniz (5,31) beşinci yeri tutub.
Qeyd edək ki, Braziliya 1/4 finalda Xorvatiyaya uduzub.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0