Bundesliqa: "Bavariya"dan darmadağın
22.11.2025 - 20:42
Bundesliqa: "Bavariya"dan darmadağın

Almaniya Bundesliqasında XI tur davam edir.

Apasport.az xəbər verir ki, tur çərçivəsində daha 5 oyun keçirilib.

Günün ən məhsuldar oyununda "Bavariya" öz meydanında "Frayburq" üzərində 6:2 hesablı qələbə qazanıb.

Dortmundda baş tutan qarşılaşmada isə "Borussiya Dortmund" ilə "Ştutqart" arasında hesab bərabər qalıb – 3:3.

Bundesliqa

XI tur

"Auqsburq" - "Hamburq" 1:0

"Bavariya" - "Frayburq" 6:2

"Borussiya Dortmund" - "Ştutqart" 3:3

"Haydenhaym" - "Borussiya Mönhenqladbax" 0:3

"Volfsburq" - "Bayer Leverkuzen" 1:3