“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala İngiltərəyə qayıda bilər.
Apasport.az saytının məlumatına görə, “Liverpul” 19 yaşlı pleymeykerlə maraqlanır.
“Qırmızılar”ın nümayəndələri “Sauthempton”un yetirməsi olan, eyni zamanda “Çelsi”nin akademiyasında bir müddət çıxış edən Musialanı izləməkdə davam edəcək. Premyer Liqa təmsilçisi mövsümün sonunda Almaniya millisinin üzvü üçün qarşı tərəflə danışıqlar aparmağı planlaşdırır. Onun münhenlilərlə müqaviləsi 2026-cı ilə qədərdir.
Qeyd edək ki, İngiltərənin aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş Camal Musiala ötən ildən Almaniyanın əsas millisinin formasını geyinir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"