“Çelsi” Enzo Fernandesə əvəzləyici axtarır
20.08.2026 - 21:43
“Çelsi” Enzo Fernandesin komandadan ayrılacağı təqdirdə onun yerinə transfer edəcəyi futbolçuları müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, London klubu “Bornmut”dan Aleks Skott və “Kristal Pelas”dan Adam Uortonu nəzərdən keçirir.
Bu barədə “The Guardian” məlumat yayıb.
Mənbənin iddiasına görə, “zadəganlar” artıq Skott üçün təklif göndərib, lakin “Bornmut” 22 yaşlı futbolçunu satmaqdan imtina edib.
Uorton isə London klubunun alternativ variantıdır.
Qeyd edək ki, Skott 2023-cü ildən “Bornmut”da, Uorton isə 2024-cü ildən “Kristal Pelas”da çıxış edir.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0