“Çelsi” gənc müdafiəçisini geri qaytarıb - RƏSMİ
26.01.2026 - 18:48
“Çelsi” Dortmund “Borussiya”sına icarəyə verdiyi Aaron Anselminonu geri çağırıb.
Apasport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi argentinalı futbolçunun icarə müqaviləsinə vaxtından əvvəl xitam verib.
20 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısında “Çelsi”nin formasını geyinəcək.
Qeyd edək ki, Dortmund “Borussiya”sı Aaron Anselminonu mövsümün əvvəlində icarəyə götürmüşdü. O, Almaniya klubunun heyətində çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0