“Çelsi”də itki
12.10.2022 - 12:56
“Çelsi” itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun müdafiəçisi Ris Ceyms zədələnib.
O, Çempionlar Liqasının IV turunun “Milan”la görüşündə xəsarət alıb. Oyunu davam etdirə bilməyən Risi Sesar Aspilikueta əvəzləyib.
Baş məşqçi Qrem Potter zədənin ciddi olmayacağına ümid etdiyini açıqlayıb: “Ümid edək ki, ciddi problem olmayacaq. Hər şeyə yaxın günlərdəki müayinədən sonra aydınlıq gələcək”.
Qeyd edək ki, “Çelsi” səfər matçında 2:0 hesablı qələbə qazanıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0