“Çelsi”nin futbolçusu “Lion”un hədəfində
07.12.2025 - 21:37
“Çelsi”nin futbolçusu “Lion”un hədəfində

“Çelsi”nin müdafiəçisi Aksel Disasi qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Apasport.az xəbər verir ki, “Lion” 27 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlanır.

Fransa təmsilçisi yanvar ayında Disasi ilə müqavilə imzalamağı planlaşdırır. “Çelsi”nin isə müdafiəçini mövsümün sonuna qədər icarəyə verməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, fransalı oyunçu ötən mövsümün ikinci yarısını “Aston Villa”da icarə əsasında keçirib.