“Liverpul”un futbolçusu Dioqo Jota nadir təsadüf olunan göstəriciyə imza atıb.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu Çempionlar Liqasının “Reyncers”lə səfər matçında fərqlənib.
Jota het-trikə üç assistlə töhfə verib. O, Məhəmməd Salahın hər üç qolunda məhsuldar ötürmə müəllifi olub.
Bu, Çempionlar Liqasında son 10 ildə ilk belə hadisədir ki, het-trikin üç assistinə eyni futbolçu imza atıb. Bunadək sonuncu belə hadisə 2012-ci ildə yaşanıb.
Həmin vaxt Frank Riberi Mario Qomesə üç məhsuldar ötürmə verib. Poker edən hücumçuya digər assisti isə Holqer Badştuber edib. Bu, “Bavariya”nın “Bazel”ə yeddi cavabsız top vurduğu görüşdə qeydə alınıb.
Qeyd edək ki, “Liverpul” Qlazqoda 7:1 hesablı qələbə qazanıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA