Çempionlar Liqasının ən çox qazananları müəyyənləşib
15.03.2025 - 01:29
Çempionlar Liqasının ən çox qazananları müəyyənləşib

Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra ən çox qazanan klubların siyahısı bəlli olub.

Apasport.az xəbər verir ki, siyahının ilk pilləsində 106 milyon avro gəlirlə "Bavariya" yer alıb.

PSJ və "İnter" 2-ci və 3-cü sırada qərarlaşıblar. 1/4 finala yüksələn komandalar arasında ən az qazanan isə "Aston Villa" olub - 83,7 milyon avro.

Çempionlar Liqasında ən çox qazanan klublar:

"Bavariya" - 106 milyon avro
PSJ - 104,4 milyon avro
"İnter" - 103,1 milyon avro
"Borussiya Dortmund"  - 102,2 milyon avro
"Arsenal" - 102 milyon avro
"Real Madrid" - 101,8 milyon avro
"Barselona" - 101,6 milyon avro

Qeyd edək ki, turnirin 2024/2025 mövsümündə büdcəsu 2,47 milyard avro təşkil edir. Bu məbləğ əldə olunan nəticələrə görə 36 komanda arasında bölüşdürüləcək.