Cenk Tosun rəsmən “Kasımpaşa”da
16.01.2026 - 17:25
Türkiyə Super Liqa təmsilçisi “Kasımpaşa” heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Fənərbaxça” ilə yollarını ayıran Cenk Tosunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Cenk Tosun karyerası ərzində “Ayntraxt”, “Qaziantepspor”, “Beşiktaş”, “Everton” və “Kristal Pelas” kimi klubların da formasını geyinib.
0
0