Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postunu tərk edib
27.01.2025 - 13:19
Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postunu tərk edib

Rusiyalı məşqçi Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postunu tərk edib.

Apasport.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, Çerçesov 2024-cü ilin iyun ayında Qazaxıstan millisinin baş məşqçisi təyin olunub.

Müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyi bildirilib.

Xatırladaq ki, ötən ilin o ktyabr ayında Çerçesov qazax dili ilə bağlı ksenofobik zarafata görə cərimələnib. Oktyabrın 13-də keçirilən oyundan sonra jurnalist məşqçiyə qazax dilində sual verib və Çerçesov “Sən indi fransızca danışırsan?” deyə cavab verib. Cərimə 738 400 tenge (təxminən 147 min rubl) təşkil edib.

Çerçesov çalışdırdığı dövrdə Qazaxıstan millisi Millətlər Liqasında 6 oyunda 5 məğlubiyyət alıb və 15 qol buraxaraq bir qol belə vurmayıb.

0