“Cimbom” İkardinin əvəzləyicisini tapdı
16.01.2025 - 14:59
“Cimbom” İkardinin əvəzləyicisini tapdı

Türkiyə Super Liqası komandalarından “Qalatasaray” hücum xəttini gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Əlcəzair millisinin və Fransa klubu “Renn”in üzvü Amin Qurini transfer etməyə yaxındır.

“Sarı-qırmızılılar” bu keçid üçün qarşı tərəfə 14 milyon avro + bonuslar şəklində ödəniş edəcək.

Razılaşmanın yaxın vaxtlarda bitməsi gözlənilir.

24 yaşlı hücumçu Liqa 1 təmsilçisinin heyətində çıxış etdiyi 18 rəsmi matçda 2 qol, 1 məhsuldar ötürməyə imza atıb.

Xatırladaq ki, bir müddət əvvəl “Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi zədə səbəbindən mövsümü erkən başa vurmuşdu.
 

0