“Ayaks”ın müdafiəçisi Nussair Mazraui İspaniyaya köçməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Mərakeş millisinin üzvü “Barselona”ya keçməyə yaxındır.
Kataloniya klubu müdafiənin sağ cinahındakı problemi 24 yaşlı oyunçu ilə həll etmək niyyətindədir. Mazrauinin meneceri Mino Rayola ilə danışıqlar davam edir. Bu keçid baş tutarsa, La Liqa təmsilçisi amerikalı müdafiəçisi Serjinyo Desti satacaq. 21 yaşlı futbolçu “Ayaks”ın gündəmində olsa da, onun baha qiymətə başqa kluba satılması planlaşdırılır.
Qeyd edək ki, Nussair Mazrauinin “Ayaks”la müqavilə müddəti mövsümün sonuna qədərdir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA