“Oyuna çox ciddi hazırlaşmışdıq. Meydana qələbə üçün çıxmışdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin məşqçisi Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Baş məşqçi Elmar Baxşıyev cəzalı olduğu üçün “qırmızı-qaralar”ı matça çıxaran Məmmədov fikrini bu sözlərlə davam etdirib: “Komandamızda zədəlilərimiz var. Bu da oyunumuza mənfi təsir edir. Əvvəlki matçlarda da bunun əziyyətini çəkmişik. İstədiyimiz oyunu göstərə bilmədik. İtkilər istər-istəməz çıxışımıza təsir edir. “Qarabağ”ın gücünə də bələdik. Yenə də kasad heyətlə nəsə eləməyə çalışdıq. Gücümüz buna çatdı. Zədəlilərin növbəti turlarda bizə kömək edəcəyini düşünürük. Əsas heyətdə olmasa da, komandaya kömək edə biləcəklər”.
Köməkçi-məşqçi komandada son vaxtlar enişin yaşanmasını itkilərlə əlaqələndirib: “Kasad heyətlə 3-4 gündən bir oyunlara çıxmaq təsir edir. Həm çempionatda, həm də ölkə kubokunda mübarizə aparmaq üçün heyətin zəngin olmalıdır. Çempionatın da artıq qızğın vaxtıdır. Baş məşqçimiz oyun günü kim hazır olursa, onu da meydana buraxır”.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”