Coşqun oynadı, komandası qələbə qazandı
17.03.2025 - 08:49
Coşqun oynadı, komandası qələbə qazandı

Futbol üzrə Türkiyə Birinci Liqasında XXX turun oyunları baş tutub. 

Apasport.az xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Çorum" azarkeşləri qarşısında "Keçiörengücü" ilə qarşılaşıb.

Start heyətdə meydana daxil olan Diniyev fasilədən sonra əvəzlənib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 30 turdan sonra 45 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.