ÇSKA-nın sabiq üzvü hündürmərtəbəli binadan yıxılaraq ölüb
15.01.2026 - 15:52
ÇSKA-nın sabiq üzvü hündürmərtəbəli binadan yıxılaraq ölüb

Rusiyanın ÇSKA klubunun keçmiş futbolçusu Layonel Adams vəfat edib.

Apasport.az xəbər verir ki, 31 yaşlı oyunçu Moskvada hündürmərtəbəli binanın pəncərəsindən yıxılaraq həlak olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Adams karyerası ərzində ÇSKA ilə yanaşı, “Yenisey” və KAMAZ-da forma geyinib.