Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alvesin ən çox çəkindiyi rəqib bəlli olub.
Apasport.az saytının məlumatına görə, cənubi amerikalı ən çətin rəqibinin adını açıqlayıb.
O, Portuqaliya millisinin və “Mançester Yunayted”inin forvardı Kriştiano Ronaldonu fərqləndirib: “Ən çətin rəqib Kriştiano Ronaldodur. O, nəfəs almağa da imkan vermir. Mən ona qarşı pis oynamamışam. Amma bunu etmək həqiqətən çətin olub. Ronaldo qol vurmaq üçün maşındır”.
Qeyd edək ki, Alveslə Ronaldo 2009-16-cı illərdə La Liqada rəqib olub. Braziliyalı “Barselona”da, portuqaliyalı “Real”da forma geyinib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı