Dani Alveşi 10 ilə qədər həbs gözləyir
14.11.2023 - 20:52
Barselonanın sabiq futbolçusu Dani Alveşin işi üzrə Barselona şəhərinin məhkəməsi istintaqı yekunlaşdırıb.
Apasport.az xəbər verir ki, məhkəmə istintaqın dayandırılması barədə qərar qəbul edib.
Belə ki, növbəti məhkəmədə braziliyalı ulduz barədə hökm oxunacaq. Alveşə müdafiə olunmaq üçün 5 gün vaxt verilib. Bu müddət həmçinin məhkəmə tərəfindən çıxış üçün ittihamçı tərəfə də verilib.
Qeyd edək ki, yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılan Dani Alveşi 10 ilə qədər həbs gözləyir.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
0
0