DÇ-2022: Argentinanın oyununa bilet qalmadı
28.09.2022 - 22:43
Noyabrda Qətərdə keçiriləcək dünya çempionatı üçün bilet satışları davam edir.
Apasport.az saytının məlumatına görə, artıq Argentina yığmasının qrup mərhələsindəki oyunlarına biletlər tükənib.
Cənubi Amerika təmsilçisi mundialda qrup matçları üçün ayrılmış biletlərin hamısı satılan ilk komandadır. Lionel Skaloninin yetirmələri C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, noyabrın 20-də start götürəcək DÇ-2022-nin final görüşü dekabrın 18-də baş tutacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
2
0