İsveçrə millisi DÇ-2026 öncəsi ABŞ səfərinə Breel Embolosuz yollanıb. Hücumçu viza problemi səbəbindən komanda ilə birlikdə səfərə çıxa bilməyib.
Apasport.az xəbər verir ki, buna futbolçunun ABŞ-a giriş üçün tələb olunan ESTA icazəsinin yenidən yoxlamaya götürülməsi səbəb olub.
İsveçrə Futbol Federasiyası Embolonun icazəsinin əvvəlcə təsdiqləndiyini, lakin komandanın yola düşdüyü gün gözlənilmədən yenidən araşdırmaya cəlb edildiyini bildirib.
Federasiya məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqədədir. Vəziyyət müsbət həll olunacağı halda, Embolonun ABŞ-a ayrıca yollanaraq komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, İsveçrə millisi DÇ-2026-da B qrupunda mübarizə aparacaq. Komanda mundialdakı ilk oyununu iyunun 12-də Kanadaya qarşı keçirəcək.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi