Derbi öncəsi itki
01.10.2022 - 16:13
“Mançester Siti” İngiltərə Premyer Liqasının IX turunda “Mançester Yunayted”lə oyuna ideal heyətlə çıxa bilməyəcək.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in müdafiəçisi Con Stounz Mançester derbisini buraxmalı olacaq.
Bunu komandanın baş məşqçisi Pep Qvardiola açıqlayıb. Onun sözlərinə görə, Millətlər Liqasında keçirilən İngiltərə - Almaniya matçında (3:3) dizindən zədə alan Stounz təxminən iki həftə kollektivdən uzaq qalacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Mançester Siti” – “Mançester Yunayted” oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0