Dias Mərakeş millisinin tarixinə düşüb
05.01.2026 - 13:16
Dias Mərakeş millisinin tarixinə düşüb

Mərakeş yığması Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Tanzaniyanı məğlub edib – 1:0.

Apasport.az xəbər verir ki, görüşdə yeganə qolu Brahim Diaz vurub.

Beləliklə, o, turnirdə qollarının sayını 4-ə çatdırıb.

Diaz Mərakeş yığmasında Afrika Millətlər Kubokunda bir yarış ərzində bu saya çatan birinci futbolçu olub.