“Mançester Yunayted”in əfsanəvi futbolçusu Erik Kantona klubun prezidenti olmağa çalışıb.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar”ın icraçı vitse-prezidenti Ed Vudvord sabiq hücumçunun təklifini rədd edib.
Kantona Direktorlar Şurasına qoşulmaq istədiyini etiraf edib. Fransız hətta iki prezidentin olmasını təklif edib - biri futbolda, digəri iqtisadi və maliyyə məsələlərində nüfuzlu söz sahibi olmaq şərti ilə: “Vudvord marketinqdə çox yaxşıdır, amma futbolda yox. Düşünürəm ki, futbolla bağlı qərarlar verməyə cavabdeh şəxs lazımdır. Buna görə də öz namizədliyimi irəli sürdüm”.
Qeyd edək ki, Erik Kantona 1992-1997-ci illərdə “Mançester Yunayted”də çıxış edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı