En-Nesri addım-addım “Yuventus”a
22.01.2026 - 23:02
“Fənərbaxça”nın futbolçusu Yusif En-Nesri karyerasını İtaliyada davam etdirməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” 28 yaşlı forvardın transferi ilə bağlı “Yuventus”la razılıq əldə edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Razılaşmaya əsasən, Turin təmsilçisi mərakeşli hücumçu üçün 5 milyon avro icarə haqqı ödəyəcək. Müqavilədə həmçinin 19+3 milyon avro məbləğində satınalma bəndi də yer alıb.
Qeyd edək ki, En-Nesri bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 25 rəsmi oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0