Fabreqas İtaliya futbolunu tənqid etdi: "Hücum etmirlər"
07.06.2026 - 10:59
Fabreqas İtaliya futbolunu tənqid etdi: "Hücum etmirlər"

"Komo"nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasını tənqid edib.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis The Athletic nəşrinə müsahibəsində çempionatın oyun üslubundan narazılığını ifadə edib.

Fabreqasın sözlərinə görə, A Seriyasında hücum futbolu üstünlük təşkil etmir:

"Burada müəyyən oyun üslubu və ya struktur yoxdur. Bəzən məşqçilərin tanımadığı futbolçular transfer edilir. İtaliyada qalib gəlmək çox çətindir. Çoxlu 0:0 və 1:0 hesablı oyunlar olur. Komandalar hücum etməklə deyil, müdafiə olunaraq və təzyiq göstərərək səni dayandırmağa çalışırlar".

Qeyd edək ki, Sesk Fabreqas 2024-cü ildən "Komo"nun baş məşqçisidir.

"Komo" onun rəhbərliyi altında 2025/26 mövsümünü 4-cü pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.