“Fənər” gənc ulduzu ilə müqavilə yeniləyəcək
11.03.2025 - 19:24

Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça" gənc ulduzu Yusuf Akçiçeklə müqavilə yeniləyəcək.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Tərəflər arasında yeni razılaşmanın 2030-cu ilin yayına qədər davam edəcəyi gözlənilir.
19 yaşlı müdafiəçinin maaşının 1 milyon TL-dən 10 milyon TL-yə qaldırılması planlaşdırılır.
Qeyd edək ki, Yusuf bu mövsüm "Fənər"in heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol, 1 assistlə yadda qalıb.
0
0