“Fənər” istədi “Hoffenhaym” aldı
28.01.2025 - 18:53
Almaniya Bundesliqası komandalarından “Hoffenhaym” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub “Hammarbi”nin şərəfini qoruyan Bazumana Tureni heyətinə qatmağa hazırlaşır.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, Almaniya təmsilçisi oyunçu üçün 14 milyon avro ödəyəcək.
Xatırladaq ki, futbolçu üçün Türkiyənin “Fənərbaxça” klubu da danışıqlar aparırdı.
Qeyd edək ki, Ture bu mövsüm “Hammarbi”nin heyətində 23 rəsmi matçda 9 qol, 4 assistlə yadda qalıb.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0