“Fənərbaxça” Argentina klubu ilə razılaşıb
31.10.2024 - 16:38
“Fənərbaxça” Argentina klubu ilə razılaşıb

Türkiyə Super Liqa təmsilçilərindən “Fənərbaxça” qışda heyətini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, “sarı - lacivərdlilər” Kristian Medina üçün “Boka Xuniors”la razılaşıb.

Tərəflər arasında razılığa əsasən, İstanbul nəhəngi oyunçu üçün Argentina klubuna 15 milyon dollar ödəniş edəcək və sonrakı satışdan 20% pay veriləcək.

Qeyd edək ki, 22 yaşlı argentinalı 2020-ci ildən etibarən “Boka Xuniors”un şərəfini qoruyur.

0