“Fənərbaxça”da növbəti ayrılıq - RƏSMİ
19.08.2026 - 20:19
"Fənərbaxça"nın futbolçusu Entoni Musaba karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Norviç Siti" niderlandlı vingeri icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı oyunçunu qarşıdakı mövsüm Çempionşip təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, "Fənərbaxça" Entoni Musabanı bu ilin yanvarında "Samsunspor"dan 5 milyon avroya transfer edib. Niderland U-21 millisinin sabiq üzvü İstanbul nəhənginin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0